Əziz dostlar! Göycayda 30 mindən çox iştirakçının qatıldığı 14-cü Nar Festivalından görüntüləri sizlərlə paylaşmaq istəyərik. Bu tədbirdə biz ARIS MMC olaraq, festival qonaqlarına, kiçik və orta fermer təsərrüfatı sahiblərinə məhsullarımızın təqdimatını keçirdik.Suvarma sistemləri barədə maraqlanan şəxsləri məlumatlandırdıq və istifadə etdiyimiz məhsulları təqdim etdik. Qeyd etmek istəyirik ki, Göycay rayonu icra başcısı cənab M.İ.Səlimzadə bizim məhsullarla və iş təcrübəmizlə tanış oldu. Festival olduqca maraqlı və yadda qalan keçdi.