Rəhman Cəfərov, “ARIS” MMC-nin mühəndisi

“ARIS” (Azərbaycan Yağış İrriqasiya Sistemləri) şirkəti beynəlxalq “Aquatherm Baku”  sərgisində debüt edir və  maraqlanan şəxslərə aparıcı istehsalçıların istənilən növ irriqasiya sistemlərini təklif edir. Şirkət bağ və həyət, villa və digər sahələr üçün su təchizatı sistemlərinin satışı və quraşdırılmasını, eləcə də bu sistemlərin servis xidmətlərini həyata keçirir. Məhsul çeşidi böyükdür və kiçik və orta təsərrüfatlarda fasiləsiz iş, eləcə də qazon və bağların suvarılması üçün nəzərdə tutulub. Biz su xətləri üçün xüsusi plastik borularla (şlanqlarla) yanaşı, onlar üçün ləvazimatları, eləcə də irriqasiya sistemləri üçün xüsusi avtomatik kontrollerləri (“X-Core”) təklif edirik.

Alıcılara təklif edilən bütün məhsulların yüksək keyfiyyətinə zəmanət verilir. Şirkətin Azərbaycan bazarında böyük təcrübəsi var. Nümunə üçün deyim ki, “ARIS” şirkəti bir sıra ali təhsil müəssisələri üçün yaşıllıq zonalarının və parkların salınmasında birbaşa iştirak edib.

Tərəfimizdən satılan məhsullara həm sıravi vətəndaşlar, həm də kənd təsərrüfatı və landşaft dizaynı sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən maraq göstərilir. “Aquatherm Baku” sərgisində iştirak etməkdə məqsədimiz ilk növbədə müştəri bazasını genişləndirməkdir  və biz bu məqsədi uğurla həyata keçiririk. Məhsullara olan maraq böyükdür və əminliklə demək olar ki, sərgidən sonra bizi böyük iş gözləyir.

Sayt: https://aquatherm.az/az-opennews/8027.41.html

Aparıcı istehsalçıların irriqasiya sistemləri