Oktyabr ayının 22-25 də Bakı EXPO mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçirildi. Sərgidə bir çox aparıcı yerli və xarici şirkətlər iştirak edirdilər. Təbii ki, aparıcı yerli şirkətlərin arasında ARİS şirkətidə öz layiqli yerini tutduğundan, həmin sərgi iştirakçısı kimi, investorlara və potensial müştərilərə ARİS şirkəti, müştərilərə göstərdiyi xidmət və həmin xidmət fəaliyyətində istifadə etdiyi keyfiyyətli, inşaat bazarında ad qazanmış suvarma sistemlərinin məhsullarını təqdim etmişdir.

Sərgi zamanı ARIS-in stendinə sərgi iştirakçıları və sadə vətəndaşlar tərəfindən maraq çox yüksək idi. Sərgidə ARIS şirkətinin rəhbərliyidə nümayəndə heyəti kimi iştirak edirdi. Maraqlanan sərgi qonaqlarına, ARIS şirkəti barədə, həmçinin stenddə nümayiş etdirdiyimiz suvarma məhsulları, onların istifadə qaydaları, texniki parametrləri, həmçinin göstərdiyimiz xidmət və gördüyümüz işlər barədə ətraflı məlumat verilmişdir. Dünya bazarında lider olan inşaat şirkətlərinin arasında ARIS -in Azərbaycan şirkəti kimi layiqli iştirakı qürur verici bir haldır. Bu mərhələyə uğurla gəlib çatmağımızın səbəbi, bizim müştərilərə göstərdiyimiz yüksək xidmət, istifadə etdiyimiz keyfiyyətli dünya suvarmasında yer tutan Türkiyə, ABŞ istehsalı olan məhsullar, məsulliyət və peşakar kadrların məcmunudur. Gələcəkdə inşaat və xüsusəndə suvarma sistemlərinə aid bütün yerli və xarici tədbirlərdə ARIS şirkəti olaraq iştirak etmək və Azərbaycanı təmsil etmək iddiasındayıq.